Dünya 21:39 31.08.2013

At əti qalmaqalı böyüdü

Avropada kifayət qədər səs-küylü “at əti qalmaqalı” yeni istiqamət alıb. 

Donuz əti və mal əti adı altında satılan ət məhsullarında heç sanitar normalara belə cavab verməyən at ətindən istifadə olunduğu ehtimal olunur. 

Araşdırmaya başlayan müstəntiqlər izə düşərək mafioz qruplaşmaya çıxıb. Yevronyuz kanalının verdiyi məlumata görə, bu dəfə at ətinin satışı düşünülmüş sxem üzrə həyata keçirilib. 

İşbazlar Fransaya kifayət qədər qocalmış çapar atları gətirib. Sonra bu atlar Belçikaya aparılıb, burada mütəxəssislər onların xəstəlik kitabçasını saxtalaşdırıb, təkrar sanitar baxışdan keçirmək üçün Fransaya qaytarıblar. Bundan sonra isə atlar kəsilmək üçün Fransadakı sallaqxanalara gətirilib. 

Avropada yaşlı atların çoxu xüsusi müalicə kursundan keçir. Heyvanlara xüsusi dərmanlar verildikdən sonra isə onların ətliyə verilməsinə rəsmən qadağa qoyulur.(anspress)