Rusiyanın Krasnoyarsk vilayətinin sakini açdığı atəş nəticəsində təsadüfən öz qızını vurub.
Qaynar.info-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Suxobuzim rayonunun eyniadlı kəndində baş verib.
Kənd sakinlərindən biri öz həyətində pinevmatik silahdan atəş açıb. onun rəsadüfi hədəfi isə qızı olub. Başından güllə yarası almış 8 yaşlı qız təcili xəstəxanaya çatdırılıb. Həkimlərin gərgin səylərinə baxmayaraq qız hadisədən 1 gün sonra ölüb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qaynar.info
Şərhlər