Ölkə 16:12 15.06.2018

Ata məhkum oğluna narkotik gətirdi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.2.1, 120.2.2 və 66.2.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həşimov Elvin Ağaverdi oğlunun yanına qısamüddətli görüşə gəlmiş atası Hacıqabul rayon sakini Həşimov Ağaverdi Xəliş oğlunun və onun bacısı oğlu Ələt qəsəbə sakini Babayev Valeh Xəlilağa oğlunun gətirdikləri sovqata və üzərlərinə baxış keçirilib.

Baxış zamanı V.X.Babayevin əynindəki şalvarın cibində olan sellofan bükülüdə 2,541 qram tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.