Dünya 19:08 11.10.2017

Ata oğlunun həbsini tələb etdi

Türkiyənin Dənizli şəhərində təşkil edilən "Xalq günü"nə gələn atanın istəyi hamının təəccübə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, narkotik istifadəçisi olan oğlunun həbsini tələb edən ata bələdiyyə sədri Həsən Qaraxandan kömək istəyib.

Oğlunun həm istifadəçi, həm satıcı olduğu deyən ata Bağbaşı adlı bölgədə narkotik satışının çoxluğuna diqqət çəkərək buna səbəb qanundakı boşluqların olduğunu bildirib və polisin məsələyə müdaxiləsini istəyib.

"Vətəndaş kimi sən nə etmisən?" sualını ünvanlayan bələdiyyə sədrinə ata "Satıcılarla dava etmişəm" cavabını verib və danışıq kamera arxasında davam edib.

Gülşən

Qaynarinfo.Az