Ölkə 17:22 20.11.2018

“Atalar və Qızlar” layihəsi: Video çək, iştirak et

Gənc Vətəndaş İctimai Birliyi yeni sosial layihəyə start verib.

Bu barədə Kult.az-a Gənc Vətəndaş İB-dən məlumat verilib. Bildirilib ki, "Atalar və Qızlar” adlı layihədə hər kəs iştirak edə bilər:

"İştirak etmək istəyənlər qızlarına kitab oxuyarkən şəklini və qısa videosunu çəkib, "Gənc Vətəndaş”ın Feysbuk səhifəsinin şərh bölümünə yerləşdirməlidir”.

Birlik 8 martda ataların qızları ilə birlikdə səhər yeməyinə dəvət ediləcəyini, göndərilən videolardan hazırlanmış rolikin nümayiş etdiriləcəyini bildirib.