Video 11:48 14.08.2019

Atambayevi təsim olmağa razı salan generala cinayət işi açıldı (VİDEO)

Qırğızıstanda daxili işlər nazirinin keçmiş müavini, polis general-mayoru Kursan Asanova qarşı cinayət işi açılıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, K.Asanov ötən gün Baş nazir tərəfindən vəzifəsindən kənarlaşdırılıb. O, sabiq prezident Almazbek Atambayevin həbsi zamanı göstərişlərə əməl etməməkdə ittiham edilir. Ona Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 320-ci "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi açılıb. GP Kursan Asanovun hərəkətləri ilə əlaqədar SVR Daxili İşlər Nazirliyinin rəsmi araşdırmasının nəticələrinə dair rəy alıb. İstintaq Hərbi Prokurorluq tərəfindən aparılır.

Qeyd edək ki, xüsusi təyinatlılar ötən həftə korrupsiyada ittiham edilən A.Atambayevi həbs etməyə çalışan zaman təhlükəsizlik əməkdaşları ilə sabiq prezidentin tərəfdarları arasında qarşıdurma yaşanmışdı. K.Asanov Qırğızıstanın keçmiş prezidenti A.Atambayevlə danışıqlar apararaq Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olmağı üçün razı salmışdı. K.Asanov bu hadisədən sonra vəzifəsindən azad edilmişdi.

Gülşən