Foto 17:16 12.06.2018

Atası ölən oğuldan qeyri-adi hərəkət: 66 minlik maşında dəfn etdi (FOTO)

Nigeriyada Azubuike adlı şəxs dünyasını dəyişən atasını tabut əvəzinə yeni maşında dəfn edib.

Qaynarinfo xəbər verir ki, varlı oğul atasına sağlamlığında sürətli avtomobil söz verib, lakin ala bilməyib. Azubuike 66 min funt-sterlinq xərcləyərək atasına tabut yerinə BMW markalı avtomobil alıb. 

Hadisə sosial mediada böyük səs-küyə səbəb olub. İnsanlar Azubuikeni tənqid edərək "Əgər pulun varsa, valideyninə sağ olarkən maşın al və onu tabutda basdır" deyib və onu eqoist adlandırıblar.

Gülşən