Foto 17:34 17.03.2018

Atatürk hava limanında AZAL-a məxsus təyyarədə partlayış olub (FOTOLAR)

İstanbuldakı Atatürk hava limanında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Boeing 767-300” təyyarəsində partlayış baş verib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, partlayışa ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində baş verib.

Bakı - İstanbul reysini həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 12.50-də Atatürk hava limanına enib. Ekipaj üzvü sərnişinlərin təyyarədən enməsi üçün qapıları açmağa başlayanda sol arxa qapıdakı "slide"ni (təxliyə avadanlığı) səhvən partladıb.

Hadisə yerinə xilasedicilər gəlib, sərnişinlər təyyarədən çıxarılıb.