Siyasət 15:11 23.07.2013

ATƏT Azərbaycanda prezident seçkisini müşahidə etməyəcək


ATƏT Parlament Assambleyasının Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev AzərTAc-a müsahibə verib. Deputat deyib ki, assambleya Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkisini müşahidə etməyəcək: “ATƏT Parlament Assambleyası müşahidəçi missiyası göndərməyəcək. Səbəb isə payız sessiyasının seçki ilə eyni tarixə, yəni oktyabrın 13-15-nə təsadüf etməsidir”.

“Sizcə, assambleya az heyətlə də olsa nümayəndə heyəti göndərə bilərdimi” sualını deputat belə cavablandırıb: “Görünür, assambleyanın rəhbərliyində Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı ciddi narahatçılıq olmadığından belə bir qərara da ehtiyac duyulmayıb”.

“Azadlıq” radiosu isə xəbər verir ki, Avropa Parlamenti də Azərbaycanda prezident seçkisini izləməyə müşahidəçi göndərməyəcək. Qərarı Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun çıxardığı bildirilir.

Qaynar.info