İdman 16:23 29.04.2013

“Atletiko"lu futbolçular Şəhidlər Xiyabanında - VİDEO

Bakıda səfərdə olan “Atletiko Madrid” klubu şəhər gəzintisinə çıxıblar.

Komanda üzvləri onlar üçün nəzərdə tutulan avtobusla gəzinti çərçivəsində mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət ediblər. Daha sonra Şəhidlər Xiyabanına gediblər. Futbolçular Əbədi Məşəl abidəsinin, türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar. 

Arda Turan Şəhidlər Xiyabanında jurnalistlərə müsahibəsində Azərbaycan xalqına çox təşəkkür edib və Azərbaycanda olmaqdan çox xoşbəxt olduqlarını bildirib.

Qaynar.info