Siyasət 12:04 20.06.2013

AVP qurultayın vaxtını açıqladı

Fəzail Ağamalı: “Qurultay iyulun 20-dən avqustun 10-na qədər olan tarixdə keçiriləcək”

“Partiyamız seçkilərə hazırlaşır. Partiyanın şəhər-rayon konfransları keçirilir, nümayəndələr müəyyənləşir. Yaxın günlərdə də partiyanın gənclər və qadınlat təşkilatlarının konfransları keçiriləcək”.

Bunu Qaynar.info-ya Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, AVP-nin bütün gücü, potensialı keçiriləcək qurultaya səfərbər olunub: “Təbii ki, qurultay qarşıdan gələn prezident seçkilərində partiyanın xəttini müəyyənləşdirəcək. Qurultayın iyulun axırları, avqustun əvvələrində keçirilməsi planlaşdırılır. Yəni qurultay iyulun 20-dən avqustun 10-na qədər olan tarixdə keçiriləcək. Orada partiyanın seçkilərdə hansı formada, hansı partiya ilə iştirak edəcəyi konkretləşəcək. Biz də buna uyğun olaraq öz işimizi quracağıq”.

F.Ağamalı qeyd edib ki, partiya sədrliyinə alternativ namizədlərin olması qurultayda bəlli olacaq.

İlkin
Qaynar.info