İdman 16:15 16.03.2018

Avroliqada 1/4 finalın püşkü atıldı

Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
 
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 4 cütlük müəyyənləşib.

Moskva ÇSKA-sı "Arsenal"a rəqib olub. Püşk Almaniyanın "Leypziq" klubu ilə "Marsel"i üz-üzə qoyub. "Qarabağ"ın Çempionlar Liqasında iki heç-heçə etdiyi "Atletiko" Portuqaliya "Sportinq"i, "Latsio" Dortmund "Borussiya"sının mübarizədən kənarlaşdıran Avstriya "Zalsburq"u ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.
 
Avropa Liqası
1/4 final
 
Leypziq (Almaniya) - Marsel (Fransa)
Arsenal (İngiltərə) - ÇSKA (Rusiya)
Atletiko (İspaniya) - Sportinq (Portuqaliya)
Latsio (İtaliya) - Zalsburq (Avstriya)