İdman 16:41 11.12.2017

Avroliqada püşk atıldı: "Qarabağ"ın qurbanları üz-üzə

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. 

Qaynarinfo xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb.
 
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tuta mərasim "Qarabağ"ın keçmiş rəqiblərini üz-üzə qoyub. Azərbaycan çempionunun "pley-off" mərhələsində yendiyi "Kopenhagen" ağdamlıların qrupda iki heç-heçə etdiyi "Atletiko" ilə qarşılaşacaq.

Post-sovet məkanı təmsilçilərinə gəlincə, Rusiyanın "Lokomotiv" klubu "Nitsa"ya, "Spartak" "Atletik"ə, ÇSKA "Srvena Zvezda"ya, "Zenit" "Seltik"ə rəqib olub. Kiyev "Dinamo"su AEK-lə, Qazaxıstan "Astana"sı "Sportinq"lə qarşılaşacaq.
 
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

Avropa Liqası
1/16 final
 
Borussiya (Dortmund, Almaniya) - Atalanta (İtaliya)
Nitsa (Fransa) - Lokomotiv (Rusiya)
Kopenhagen (Danimarka) - Atletiko (İspaniya)
Spartak (Rusiya) - Atletik (İspaniya)
AEK (Yunanıstan) - Dinamo (Ukrayna)
Seltik (Şotlandiya) - Zenit (Rusiya)
Napoli (İtaliya) - Leypsiq (Almaniya)
Srvena Zvezda (Serbiya) - ÇSKA (Rusiya)
Lion (Fransa) - Vilyarreal (İspaniya)
Real Sosyedad (İspaniya) - Zalsburq (Avstriya)
Partizan (Serbiya) - Viktoriya (Çexiya)
Styaua (Rumıniya) - Latsio (İtaliya)
Ludoqorets (Bolqarıstan) - Milan (İtaliya)
Astana (Qazaxıstan) - Sportinq (Portuqaliya)
Ostersund (İsveç) - Arsenal (İngiltərə) 
Marsel (Fransa) - Braqa (Portuqaliya)