İdman 13:55 21.02.2019

Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adları açıqlanıb.

Qaynarinfo AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yaxın vaxtlarda Eydur Qudyonssen, Deko, İrji Dudek, Revaz ArveladzeMikael Essyen kimi ulduzlar Azərbaycan paytaxtına səfər edəcəklər.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.