İdman 14:38 28.02.2018

Avropa çempionuna hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun barəsində şərti cəza verib və T.Vəzirzadə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, T.Vəzirzadə ötən il oktyabrın 7-də Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Həziyevi xilas etmək mümkün olub.

Daha sonra T.Vəzirzadə saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, T.Vəzirzadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvü olub.