Sağlamlıq 12:43 01.08.2018

Avropa İttifaqı ilk anti-miqren dərmanın istifadəsinə icazə verdi

Avropa İttifaqı xroniki miqren əleyhinə ilk dərmanın istifadəsinə razılıq verib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, Avropa Dərman Agentliyinin lisenziyasından sonra "Erenumab" adlı dərman sentyabrdan etibarən istifadəyə veriləcək. Preparat ay ərzində azı 4 miqren tutması yaşayan insanlara yazılacaq.

Qeyd edək ki, "Erenumab" miqren əleyhinə lisenziya alan ilk dərmandır. 

Gülşən