Texnologiya 16:42 18.07.2018

Avropa İttifaqından "Google"a 5 milyardlıq cərimə qərarı

"Google" Avropa İttifaqı tərəfindən 4,3 milyard avro (5 milyon dollar) məbləğində cərimələnib.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, Avropa Komissiyası bu qərarı "Google"un "Android" əməliyyat sisteminə qarşı addımlarına və antitröst qanununu pozduğuna görə qəbul edib. 

Qeyd edək ki, "Google" ilə bağlı oxşar məsələ 2013-cü ildə qaldırılmış, "Nokia", "Microsoft", "Oracle" kimi rəqiblərinə qarşı bu tip addımlarda ittiham edilmişdi. Lakin daha sonra "Microsoft" və "Google" arasında "Android"in patenti məsələsi ilə bağlı anlaşmazlıq aradan qalxmışdı. Aİ isə iddianın istintaq prosesinə davam edib.

Qeyd edək ki, şirkət ötən il Aİ tərəfindən manipulyativ axtarış nəticələrinə görə 2,7 milyard dollar məbləğində cərimələnmişdi.

Gülşən