Siyasət 19:22 23.08.2018

Avropa Komissiyası İrana 18 milyon avro ayırdı

Avropa Komissiyası İrana 18 milyon avro həcmində ilk yardım paketinin ayrılmasını təsdiqləyib.

"Report"un verdiyi məlumata görə, bu məbləğdən 8 milyon avrosu özəl sektorun inkişafına yönələcək.

Qeyd edək ki, ümumilikdə, Avropa Komissiyası İrana ölkənin iqtisadi və sosial inkişafı üçün 50 milyon avro həcmində yardım paketini nəzərdə tutub