Xəbər lenti

Dünya 19:00 25.04.2024

Avropa Parlamenti Putinin “yenidən seçkisini” legitim hesab etməməyə çağırdı

Avropa Parlamenti Vladimir Putinin "yenidən seçkisinin” keçirilməsini pisləyən və onları legitim hesab etməməyə çağıran qətnamə qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti” Avropa Parlamentinin mətbuat xidmətinin açıqlamasına istinadən yazır.

Cümə axşamı aprelin 25-də 493 səslə qəbul edilən qətnamədə avropalı parlamentarilər bunu "fars” adlandırır və Aİ-yə üzv dövlətləri və beynəlxalq ictimaiyyəti Rusiya "seçkiləri”nin nəticələrini, o cümlədən Ukraynanın işğal olunmuş ərazilərində keçirildiyi üçün onları tanımamağa çağırır. Bu seçki Rusiya ərazisində də nə azad, nə də ədalətli olub.

Parlamentarilər qeyd ediblər ki, iradə ifadəsi prosesinin bu imitasiyasının yeganə məqsədi Putinin gələcək hakimiyyətini, daxili repressiyalarını və Ukraynaya qarşı müharibəsini legitimləşdirməkdir.

Mətndə ayrıca Macarıstanın baş naziri Viktor Orbanın Aİ-nin ümumi xəttindən geri çəkilərək Putini "qələbəsi” münasibətilə təbrik etdiyi və bundan təəssüf ifadə edilib.

Avropa Parlamentinin deputatları Aİ ölkələrini Putinin Rusiyası ilə münasibətləri yalnız regional təhlükəsizlik üçün zəruri olan və ya humanitar məqsədlər və insan hüquqlarının müdafiəsi, məsələn, məhbus mübadiləsi, siyasi məhbusların azad edilməsi və ya Rusiyaya aparılmış ukraynalı uşaqların geri qaytarılması ilə bağlı məsələlərlə məhdudlaşdırmağa çağırır. 

"Avropa Parlamentinin üzvləri Aİ-ni və üzv dövlətləri Rusiyanın müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına, müstəqil mediaya və insan haqları müdafiəçilərinə fəal şəkildə dəstək verməyə və Rusiyanın demokratik müxalifəti ilə fəal şəkildə əlaqə saxlamağa və onlara dəstək təklif etməyə çağırır”, - kommünikedə qeyd edilir.

Nəzərinizə çatdıraq ki, Avropa Parlamentinin qətnamələri konkret məsələ ilə bağlı öz mövqeyini ifadə edir və məcburi qüvvəyə malik deyil.

Avropa İttifaqı rəsmi bəyanatında  Rusiya "prezident seçkiləri”nin çoxsaylı məhdudiyyətlərlə, real müxalifətin iştirakı olmadan keçirilməsini və digər məsələlərlə yanaşı, Ukraynanın işğal olunmuş ərazilərində keçirilməsini tənqid edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->