İdman 09:11 27.06.2019

Avropada 126 milyonluq transfer reallaşdı (RƏSMİ)

"Benfika"nın hücumçusu Joao Feliksin "Atletiko"ya keçidi reallaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. "Atletiko" bu transferə görə, Lissabon təmsilçisinə 126 milyon avro təzminat ödəəyəcək. Bununla da 19 yaşlı futbolçu "Benfika" tarixinin ən bahalı futbolçusu olub.

Qeyd edək ki, Joao Feliks 15 yaşından "Benfika"da çıxış edir. Ötən mövsüm 43 rəsmi oyuna çıxan 19 yaşlı forvard 20 qol vurub və 11 məhsldar ötürmə verib.