Texnologiya 19:33 17.04.2019

Avropada "5G" şəbəkəsi istifadəyə verildi

İsveçin "Swisscom” mobil rabitə operatoru Avropada ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib.

Qaynarinfo "ICTnews”a istinadən xəbər verir ki, bu, "5G” şəbəkələrinə qoşulmaq üçün mobil qurğular təqdim edən "Oppo” və "LG”, infrastruktur quran "Askey” və "WNC”, eləcə də "5G” komponentlər hazırlayan "Qualcomm" kimi tərəfdaşların dəstəyi ilə mümkün olub.

"LG Electronics Mobile Communications” şirkətinin baş vitse-prezidenti və biznes bölməsinin rəhbəri Morris Li bildirib ki, Avropada "5G” texnologiyasının kommersiyalaşdırılmasının sürətləndirilməsi üçün sıx əməkdaşlıq tələb olunacaq.

Onun sözlərinə görə, "LG” "5G” texnologiyası sahəsində öz liderliyinin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək yeni qurğular tətbiq edir və "Swisscom” kimi tərəfdaşlarla müştəriyönümlü əməkdaşlıq qurur.

Öz növbəsində "Qualcomm" şirkətinin baş vitse-prezidenti Enriko Salvatori qeyd edib ki, "5G” şəbəkəsi Avropada planlaşdırıldığından bir il tez kommersiya istifadəsinə verilib.

"Ericsson” şirkətinin proqnozlarına görə, 2024-cü ilədək "5G” şəbəkələri dünya əhalisinin 40 faizinin məskunlaşdığı əraziləri əhatə edəcək, onlara qoşulmaların sayı isə 1,5 milyardı ötəcək.