İdman 15:54 08.08.2017

Avropada daha bir transfer bombası: 180 milyon avro

Neymarı 222 milyon avro ödəməklə heyətinə qatan və futbol tarixinin ən böyük transferini reallaşdıran PSJ sakitləşmir. 

"Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, "Atletiko"dan sloveniyalı Jan Oblak üçün 100 milyon avro büdcə ayırdığı deyilən Paris klubu daha bir ulduzu hədəfə alıb.

İddialara görə, PSJ "Monako"dan Kilian Mbappeni heyətinə qatmağa çalışır. Klubun qətərli sahibləri bu futbolçu üçün 180 milyon avro büdcə ayırıb. PSJ-nin Mbappe transferindəki ən böyük rəqibi "Real" hesab olunur.

Qaynarinfo.Az