Avropa Birliyinin Polis Təşkilatı (Avropol) Dünya və Avropa Çempionatı, Çempionlar Liqası da daxil olmaqla 380-dan çox oyunun satıldığı ilə bağlı cinayət işi açıldığını bildirib.
Qaynar.info-nun məlumatına görə, Avropol təxminən 18 ay davam edən və futbolda şikayət məsləsində indiyə qədər aparılmış təhqiqatların təfərrüatlarını Hollandiyanın Haaqa şəhərində keçirilən mətbuat konfransında açıqlayıb.
Avropol rəhbəri Rob Ueynvrayt toplantıda Dünya və Avropa Çempionatları, Çempionlar Liqası da daxil olmaqla 380-dən çox oyunun satılmasına dair dəlillərin olduğunu, hətta bu məsələdə 15 ölkədən 420 rəsmi şəxs və futbolçunun adının hallandığını söyləyib.
Ueynvrayt göstərilən oyunların satılmasından təxminən 8 milyon avro qazanc əldə edildiyini də bildirib.
Qaynar.info
Şərhlər