Dünya 11:46 23.01.2020

Avstraliyada yanğınsöndürən təyyarə qəzaya uğradı: Heyət həlak oldu

Avstraliyanın cənub-şərqindəki Yeni Cənubi Uels əyalətində C-130 Hercules hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Yerli "Sydney Morning Herald” qəzeti məlumat verib. Bildirilir ki, hava tankeri Snoyi Monaro bölgəsindəki meşə yanğınlarını söndürmək üçün uçurmuş.

Cümə axşamı yanğınsöndürmə idarəsi təyyarənin ekipajı ilə əlaqəni itirib, bir qədər sonra Kuma şəhəri yaxınlığında təyyarənin qalıqları tapılıb.

Təyyarədə olan üç ekipaj üzvü həlak olub. Qəzanın səbəbi müəyyən edilir.
 
Xatıladaq ki, sentyabr ayından bəri Avstraliyada davam edən meşə yanğınları milyonlarla hektar ərazini məhv edib. 27 insan, bir milyarddan çox vəhşi heyvan ölüb.