Dünya 20:59 16.08.2013

Avtobus dayanacağında uşaq dünyaya gətirdi

Gənc qadın Tbilisinin mərkəzindəki Kolxoz meydanında avtobus dayanacağında uşaq dünyaya gətirib. 

27 yaşlı qadının doğuş sancıları qəflətən başlayıb. Təcili tibbi yardım briqadasının operativ şəkildə hadisə yerinə gəlməsinə baxmayaraq, həkimlər doğuşu yerində qəbul etməli olublar. Bundan sonra qadın klinikaya yerləşdirilib.

Gənc ana və onun yeni doğulmuş qız körpəsinin özlərini yaxşı hiss etdikləri bildirilir.

Qaynar.info