Ölkə 13:11 05.05.2013

Avtobus kartları metroda da istifadə ediləcək

Bu kart bank sisteminə bağlı olacağı üçün onu saxtalaşdırmaq mümkün deyil.

Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda ödəniş kartlarının vahid sistemə inteqrasiyası ilə bağlı işlər aparır. Anspress-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. 

O, qeyd edib ki, həll olunası müəyyən məsələlər var və bu istiqamətdə işlər davam edir. Bu kart bank sisteminə bağlı olacağı üçün onu saxtalaşdırmaq mümkün deyil. Buna görə də ən yaxın perspektivdə bu kartlarla yeraltı və yerüstü dayanacaqlardan istifadə haqqını ödəmək də mümkün olacaq.

Nazir müavini vurğulayıb ki, bu ilin sonuna kimi Bakıda avtobuslarda gediş haqqı yalnız elektron kartlar vasitəsilə ödəniləcək. Biz may ayından etibarən avtobuslarda avadanlığın quraşdırılması işlərinə başlamışıq və sürücülər üçün təlimlər keçiririk.

Kartlara pul yüklənməsi şəhərin müxtəlif rayonlarında yerləşən banklar, xüsusi ödəmə və mobil terminallar vasitəsilə mümkün olacaq.

Qaynar.info