Ölkə 23:17 12.12.2018

Avtobus sürücüsü sərnişin tərəfindən döyüldü

Mingəçevir şəhərinin M.Maqomayev prospektində döyülmə hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 12 saylı şəhərdaxili marşrut avtobusun 1984-cü il təvəllüdlü sürücüsü Əşrəfov Ruslan Hasil oğlu sərnişinlə mübahisə edib və bu zaman onun tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabad sakini naməlum şəxslər tərəfindən döyülüb.