Ölkə 23:18 08.09.2017

Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır (VİDEO)

Sərnişinlə dolu avtobus qarşı yola çıxaraq hərəkət edib. Qarşıdan gələn avtomobillər isə avtobusa yaxınlaşdıqda məcbur olub, hərəkət zolağını dəyişir.

Xezerxeber.az məlumat verir ki, görüntülər ötən gün Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığından Xırdalan şəhərinə sərnişin daşıyan 119 saylı marşrut avtobusu tıxac zamanı qarşı hərəkət yoluna çıxıb. Araşdırma nəticəsində məlum olub ki, pozuntu qeydə alınan zaman avtobusu Rövşən Cümşüdov adlı sürücü idarə edirmiş.

Bu xətdəki avtobusların hərəkətinə nəzarət edən Fəqan Məhərrəmov isə bildirdi ki, ötən gün axşam saatlarında Xırdalan şəhərinin mərkəzi yolunda qəza olduğundan yol polisi tərəfindən bütün avtobuslara qarşı yola çıxaraq hərəkət etmək üçün şərait yaradılıb.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə sözügedən məsələnin araşdırılacağını və lazımi tədbirlərin görüləcəyini deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Qaynarinfo.Az