Ölkə 09:52 03.05.2013

Avtomobil kanala düşdü: 3 ölü

Mingəçevirdə gecə saatlarında minik avtomobili kanala düşüb.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Mingəçevir şəhəri, Mingəçevir-Yevlax yolunun 6-ci kilometrliyində 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğluna məxsus "Hyundai" markalı minik avtomobili kanala düşüb. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan 2 nəfər sərnişin 1977-ci il təvəllüdlü İsmayılov Cahid Zakir oğlu, 1990-cı il təvəllüdlü Beydiyev Xəyal Nazim oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə çıxarılaraq Təcili Tibbi Yardım Ximətinə təhvil verilib. Digər meyitlər isə Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları (dalğıclar) tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Qaynar.info