Ölkə 14:07 23.08.2019

Avtomobil körpüdən aşdı: xəsarət alanlar var

Mərdəkan körpüsündən avtomobil aşıb. 

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.