Video 21:58 14.01.2018

Avtomobilin daha az benzin yandırması üçün nə etməli? (VİDEO)

Əksər sürücü qış aylarında avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Mütəxəssislər bildirir ki, bəzi tövsiyyələrə əməl edilərsə, yanacaq sərfiyyatına hətta 40 % -ə qədər qənaət etmək mümkündür.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, qış aylarında avtomobildə yanacaq sərfiyyatının artımı normal sayılsada buna qənaət etməyin yolları var. Mütəxəssislərin fikrincə sürücülər bəzi nüanslara diqqət etsələr daha az xərcləri çıxar.

Avtomobildə olan əlavə ağırlıq və sərnişin sayının çoxluğu da yanacağ sərfiyatını artırır. Avtomobillərə vaxtında texniki qulluğun edilməsi də yanacağa 5-6 faizə qədər qənaət etməyə imkan verir.

Avtomobilin elektrik sistemində yaranan nasazlıq, eyni zamanda işıqları işlək halda avtomobili idarə etmək də yanacaq sərfiyyatını artıran amillərdir.