Dünya 19:38 27.06.2013

Avtomobilin sürəti radarı dağıtdı

Fransada ingilis sürücü avtomobili ilə saatda 257 kilometr sürət yığaraq polis radaranı dağıdıb. Trend-in cümə axşamı Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, polis radarı "Audi R8" avtomobilinin sürətinə tab gətirməyərək sıradan çıxıb. Avtomibilin sürəti o qədər yüksək olub ki, ətrafdakılar "Audi"ni görməkdə çətinlik çəkiblər. Radar dağıldığına görə, ingilis "avtoş"un tam nə qədər sürət yığdığı bilinmir.
 
Məlumata görə, Fransa yol polisi sürət həddini aşan sürcünün avtomibilinə həbs qoyaraq 1300 avro cərimələyib. Onun məhkəmə qarşısına çıxacağı da bildirilir.

Qaynar.info