Ekonomiks 10:34 18.12.2018

Avtovağzal gücləndirilmiş iş rejiminə keçdi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 15-dən yanvarın 3-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Qaynarinfo-ya verilən məlumata görə, bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən ehtiyat avtobuslar ayrılıb.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.