Ölkə 16:04 16.08.2013

AXCP fəalı həbs edildi

AXCP Qəbələ rayon şöbəsinin fəalı Tehran Musayev həbs olunub.

Dünən yerli məhkəmə onu 15 sutka azadlıqdan məhrum edib. Bu, Tehran Musayevin polisə müqavimət göstərməsi ilə əsaslandırılıb.

AXCP mətbuat xidməti isə bildirir ki, bu hadisə hakimiyyətin siyasi fəallara qarşı növbəti qanunsuz addımıdır. Həbsin real səbəbi ötən gün Qəbələdə keçirilən türkdilli dövlətlərin sammiti ilə bağlı görülən “tədbirlər”dir. Hakimiyyət siyasi fəalın hər hansı bir hərəkətə yol verəcəyindən ehtiyatlanaraq onu şərləyərək həbsə atıb.

AXCP bu həbsi pisləyərək, Azərbaycan hakimiyyətini vətəndaşlara qarşı qisasçılıq siyasətindən əl çəkməyə çağırıb. Partiya əyalətlərdə siyasi motivlərlə həbs olunan şəxslərin diqqətdən kənar qalmaması üçün hüquq müdafiəçilərinə də çağırış edib.

Qaynar.info