Ölkə 20:50 13.10.2017

Axtarışda olan cinayətkar Kiyev-Bakı təyyarəsində yaxalandı

Bu gün Ukraynanın “Borispol” hava limanında Kiyev-Bakı təyyarəsinin göyərtəsində Çerniqov vilayətində ağır cinayət törətmiş şəxs saxlanılıb.

"Qaynarinfo" Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Kiyev vilayəti üzrə baş polis idarəsindən məlumat verilib.

Çerniqov vilayəti üzrə hüquq mühafizə-orqanlarından cinayət törətmiş şəxsin axtarışı ilə bağlı avtovağzal və aeroportların polis bölmələrinə məlumat daxil olub. “Borispol” hava limanının polis bölməsinin əməkdaşları həmin şəxsin müəyyənləşdirilməsi və saxlanması istiqamətində əməliyyat keçiriblər. 37 yaşlı şəxs Kiyev-Bakı təyyarəsində saxlanılaraq axtarışı başlayan orqanlara təhvil verilib.

Qaynarinfo.Az