Foto 12:23 20.02.2019

Ayağının amputasiya olunacağı deyilən Ramiz Əzizbəylidən şad xəbər (FOTOLAR)

"Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir. Şuxdur, deyir-gülür, hətta şeir belə yazır”.  

Bu sözləri "Qafqazinfo”ya Xalq artisti Ramiz Əzizbəylinin həkimi Ceyhun Babayev deyib. O, məşhur aktyorun ev şəraitində müalicə aldığını qeyd edib:

"Ayağı amputasiya olunmayacaq. Gələcəyi biz həkimlər deyil, Allah bilir. Yetərincə yanaşı gedən xəstəlikləri var. Sosial şəbəkələrdə çox xəbərlər yayırlar, amma informasiyalar həqiqətlə uzlaşmır. Ramiz müəllim yaxşıdır, nəzarət altındadır”.