Foto 14:10 24.01.2020

Ayaz Qocamanov daha 3 kənddə sakinlərlə görüşdü (FOTOLAR)

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə iddialı namizəd Ayaz Qocamanov təşviqat prosessi çərçivəsində daha 3 kənddə görüşlər keçirib. Ağsunun Ağarx, Bozavand və Curuğlu kəndlərində sakinlər Ayaz Qocamanova böyük dəstək olduqlarını bildiriblər.

Ayaz Qocamanovun seçki qərargahından Qaynarinfo-ya verilən məlumata görə, kənd sakinlərinə öz platforması barədə ətraflı məlumat verən namizəd kəndlərdə olan problemlərlə maraqlanıb, sakinlərin təkliflərini dinləyib.

Ayaz Qocamanov bildirib ki, təşviqat prosessi günlərində rayonun demək olar ki, bütün kəndlərində olacaq, sakinlərlə görüşəcək: "Bütün kəndlərdə olacam, insanlarla tək-tək görüşüb onların problemlərini dinləyəcəm, kəndlərdəki ümumi problemlərin həlli üçün lazımı dəstək verəcəm”.

Seçicilər tərəfindən böyük rəğbətlə qarşılanan namizəd Ayaz Qocamanov kənd ağsaqqalları ilə tək-tək görüşür,  kəndlərdəki problemləri onların dilindən eşidir. Kənd ağsaqqalları ağsulu, böyük bir nəslin nümayəndəsi olaraq Ayaz Qocamanova inandıqlarını, ona seçkilərdə böyük etimad göstərəcəklərini deyiblər.

Daha 3 böyük kəndin sakinləri ilə görüşdə olduqca səmimi qarşılanan Ayaz Qocamanov Ağsu üçün əlindən gələn dəstəyi əsirgəməyəcəyinə söz verib. Məlumat üçün bildirək ki, ötən gün namizədin daha 4 –  Kəndoba, Cəlayir,  Cəfərli  və Ağabəyli kəndlərində görüşləri keçirilib və sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

İddialı namizəd Ayaz Qocamanovun kəndlərdə görüşləri davam edir.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış merketinq mütəxəsisidir.