Maqazin 15:25 25.02.2016

Aygün Kazımova İlhamə Quliyevanın vəfatından danışdı

Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib.

Primetime.az-a danışan Aygün Kazımova düşmən münasibətində olduğu xalq artistinin vəfatı ilə bağlı bu sözləri dedi: "Ölüm xəbəri yayılanda heç kim inanmadı. Bəziləri bu xəbərin yalan, şayiə olduğunu və mənim tərəfimdən yayıldığını dedilər. Amma mən heç kimin ölümünü istəmərəm. Əstağfürullah, mən Allah deyiləm ki. İlhamə Quliyeva sağdırsa, gedib Mehribandan hallalıq alsın. Allah rəhmət eləsin".  

Onu da qeyd edək ki, ötən həftə primetime.az-a danışan Aygün Kazımova İlhamə Quliyevanı yeraltı və yerüstü sərvətimiz adlandırmışdı.

Qaynar.info