Maqazin 14:12 22.01.2015

Aygün Kazımovanın qızı Faiqin klipindəki oğlanla - FOTOLAR

Xalq artisti Aygün Kazımovanın qızı müğənni İlqarə Kazımovanın stilist Fuad Hacıyevlə şəkilləri yayılıb.

Qaynar.info lent.az-a istinadən bildirir ki,xalq artistinin qızı yeni şəkillərini “İnstagram” səhifəsində yerləşdirib. Fotolarda İ.Kazımovanın F.Hacıyevlə isti münasibəti aydın hiss olunur.

Qeyd edək ki, İlqarə ilə fotosu yayılan stilist F.Hacıyev xalq artisti Faiq Ağayevin “Aldatdı məni” klipində rol alan şəxslərdən biridir.

Qaynar.info