Foto 10:39 16.02.2018

Aygün Kazımova Mədət Quliyevin oğlu ilə bir arada (FOTO)

Xalq artisti Aygün Kazımova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli bir araya gəlib.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşan xalq artisti "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüşdüklərini bildirib:

"Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan 24 fevral 2018-ci il tarixdə DTX-nin mədəniyyət mərkəzində "Qarabağın səsi” adlı gecədə sərgilənəcək rəsm əsərləri artıq münsiflər tərəfindən seçilib. Tədbirin təşkilatçısı Murad Qulubəylidir”.

Qeyd edək ki, A.Kazımova ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin solisti vəzifəsinə təyin edilib.