Maqazin 09:50 29.09.2014

Aygün özünə yeni sevgili tapdı - FOTOLAR


Xalq artisti Aygün Kazımovanın bir müddətdir haqqında danışdığı yeni sevgilisinin kimliyi bəlli olub.

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni sevgilisinin adı Fikrətdir. Onun atası məmurdur və hazırda Almaniyada yaşayır. Xalq artistinin yeni eşqi özəl bizneslə məşğuldur. Cütlük İstanbulda tanış olub. Aygünün pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib.

Müğənni yeni "Mən sənə xəstəyəm" adlı mahnısını da sevdiyi şəxsə həsr edib. Bu bəstə onun həyatından bəhs edir. Mahnının adı da xalq artisti tərəfindən təsadüfən seçilməyib. Belə ki, Fikrətin A.Kazımova üçün ən çox işlətdiyi söz "Mən sənə xəstəyəm"dir.

Xalq artistinin sevgilisi ilə ilk fotolarını təqdim edirik.

Qaynar.info