Dünya 19:52 16.10.2018

AYİB-in regional direktoru vəzifəsini tərk edir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera vəzifəsini tərk edir.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə AYİB məlumat yayıb.

B.Balvanera bundan sonra AYİB-in Mərkəzi Asiya üzrə rəhbəri vəzifəsində çalışacaq və bankın Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Monqolustanda əməliyyatlarına başçılıq edəcək. O, yeni vəzifəsinin icrasına noyabrın 15-də başlayacaq.

AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru vəzifəsinə kimin təyin olunacağı hələ məlum deyil