İdman 12:01 11.04.2014

Aykut Kocaman Qətər klubu ilə razılığa gəldi

"Fənərbaxça"nın keçmiş baş məşqçisi Aykut Kocamanın yeni klubu müəyyənləşmək üzrədir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, türkiyəli mütəxəssis "Qətər"in "Əl-Qaraf" klubu ilə danışıqlara başlayıb. Artıq hər iki tərəf arasında razılığın əldə olunduğu bildirilib.

A. Kocaman özü ilə birdə Qətərə türk məşqçilər və futbolçular da aparacağı gözlənilir. Təcrübəli çalışdırıcı köməkçilərinin Bülənt Uyğun və Sərvət Çətin olmasını istəyir. Bunda başqa, o, Tuncay Şanlı, İbrahim Toraman, Nəcati Atəş kimi türk futbolçuları da yeni klubuna transfer etməyi planlaşdırır.

Qaynar.info