İdman 10:34 10.08.2013

“Ayntraxt”ın baş məşqçisi danışdı

“Azərbaycan mənim üçün yeni bir yerdi. Çünki indiyə qədər heç vaxt bu ölkədə olmamışam”. 

Qaynar.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Ayntraxt”ın baş məşçisi Armin Veh deyib.


Alman çalışdırıcı ilk oyunun Bakıda keçirilməsindən razı qalıb: “İlk oyunu səfərdə keçirməyimiz yaxşı oldu. Çünki cavab matçını evdə keçirəcəyik”.

Qaynar.info