İdman 11:04 20.08.2013

“Ayntraxt”ın baş məşqçisi “Qarabağ”dan ehtiyatlanır

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” Ağdam təmsilçisindən ehtiyatlanır. 

Apasport.az saytının məlumatına görə, bunu Frankfurt komandasının baş məşqçisi Armin Fe də gizlətmir.

Avqustun 22-də baş tutacaq ilk qarşılaşma ərəfəsində görüşlərin çətin keçəcəyini bildirən Fe “Qarabağ”ın braziliyalı legionerlərindən daha çox çəkindiyini vurğulayıb: “Avrokuboklarda asan oyun olmur. Elə “Qarabağ”la görüşlər də asan olmayacaq. Rəqibin heyətində yaxşı futbolçular var. Xüsusilə, braziliyalıları ustalıq səviyyəsi ilə diqqət çəkirlər”.

Qeyd edək ki, “Qarabağ”la “Ayntarxt” avqustun 22-də Bakıda, 29-da Frankfurtda qarşılaşacaq.

Qaynar.info