Sənət 18:34 25.04.2014

AYO yeni ədəbiyyat portalı yaratdı

Azad Yazarlar Ocağı (AYO) yeni ədəbiyyat saytı (literaz.com) yaradıb. 

Bu barədə Qaynar.info-ya AYO-nun başqanı Namiq Hüseynov məlumat verib. 

Onun sözlərinə görə bundan əvvəl mövcud olan alatoran.org statik sayt olmaqla yenə də fəaliyyətini davam etdirəcək, lakin literaz.com ədəbi prosesi yaxından izləməklə fərqli bir missiyanı yerinə yetirəcək. 

Saytın təsisçisi və redaktoru Rasim Qaracanın sözlərinə görə, literaz.com gənc yazarların azad tribunası olacaq, ədəbiyyatımızın demokratik dəyərlərlə inkişafına xidmət göstərəcək. 

Qaynar.info