Sənət 10:44 12.09.2019

Azad Qaradərəlinin romanı İstanbulda çap ediləcək

Yazıçı Azad Qaradərəlinin üç il əvvəl Bakıda "Xan” nəşriyyatında işıq üzü görən "Kuma-Manıç çökəkliyi” romanı Türkiyədə Kaynak yayın evi Boyalıquşda çapdan çıxacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə müəllif özü məlumar verib. Onun sözlərinə görə, artıq nəşriyyatla müqavilə bağlabıb, roman sentyabrın sonlarında satışda olacaq.

Qeyd edək ki, 384 səhifədən ibarət romanı Türkiyə türkcəsinə Oqtay Hacımusalı çevirib. Əsər İstanbul nəşriyyatında "Petrol tarlaları” adı ilə yayımlanacaq.