Ekonomiks 12:19 28.04.2014

Azad Rəhimovdan yeyinti faktları ilə bağlı AÇIQLAMA

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Olimpiya komplekslərinin tikintisi zamanı yeyinti faktlarına yol verildiyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar tam şəkildə qeyri-peşəkarlıq nümunəsidir: "Məlumat yayanda nazirliyə, mətbuat katibliyinə zəng vurub rəqəmləri soruşmaq və heç bir problem olmadan o rəqəmləri əldə etmək olardı. Əksinə, hansısa mətbuat orqanları özləri öz tərəfindən hansısa naməlum mənbədən rəqəmlər tapırlar, onu səsləndirirlər, sonra həmin rəqəmlərlə bağlı bizə sual verirlər. Biz belə hallarda yalnız gülməli vəziyyətdə qalırıq. 

Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Həmin mətbuat orqanı deyir ki, 837 minə tikilib. Bu, onun öz səhvidir. Sonra öz səhvinin üstündə başlayır ki, niyə o birilərinə nisbətən bu rəqəm belə azdır? Bu, gülməli məqamdır və biz buna fikir vermirik". /Trend/

Qaynar.info