Dünya 12:47 18.07.2018

"AZAL" dünyanın ən yaxşı 100 aviaşirkəti arasında

"Azərbaycan Hava Yolları" QSC (AZAL) dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısında yer alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat "World Airline Awards" saytında dərc edilib. Siyahıda AZAL 58-ci yerdə qərarlaşıb. 

Dünyanın ən yaxşı aviaşirkəti "Singapore Airlines" olub. 2-ci yeri "Qatar Airways", 3-cü yeri isə "ANA All Nippon Airlines" (Yaponiya) tutub. "Türk Hava Yolları" şirkəti siyahıda 18-cidir.

Ən yaxşılar arasında "Aeroflot" (Rusiya), "Air Astana" (Qazaxıstan), "Thai Airways” (Tayland), "Lufthansa” (Almaniya) və s. şirkətlər də var.

Qeyd edək ki, reytinq cədvəlini Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərtib edib. 

Gülşən