Siyasət 18:07 13.10.2018

Azay Quliyev Almaniya-Azərbaycan münasibətlərinə dair konfransda çıxış edəcək

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev oktyabrın 15-də Berlində Aşağı Saksoniya əyalətinin Federal Hökumət nümayəndəliyinin təşkilatçılığı ilə "Almanya-Azərbaycan münasibətləri: ümumi tarix və gələcək prespektivlər” adlı konfransda iştirak edəcək. 

Qaynarinfo xəbər verir ki, Azay Quliyev konfransın "Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik kontekstində Almanya-Azərbaycan münasibətləri” adlı panelində məruzəylə çıxış edəcək. 

Məlumat üçün bildiririk ki, konfransda Almanya Bundestaqının yüksək vəzifəli şəxslərinin və ekspertlərin də iştirakı planlaşdırılır.